“AzParking”dən sürücülərə xəbərdarlıq: “Digərləri etibarsızdır”


Son günlərdə xarici nömrələrdən “AzParking” adından ödənilməmiş parklanma haqqı ilə bağlı saxta mesajlar göndərilir.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı qurum məlumat yayıb.
İstifadəçilərə naməlum nömrələrdən göndərilən parklanma borcu ilə bağlı bildirişlərə etibar etməmələri və şübhəli linklərə daxil olmaları tövsiyə edilib.
“1181 qısa nömrəsi xaricində parklanma ilə bağlı daxil olan digər bildirişlər etibarsızdır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top