
Bu ilin yanvar-oktyabr aylarında ölkədə 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadla xəbər verir ki, ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7% artıb.
Qeyd edək ki, ÜDM-nin 30,4%-i (35 milyard 229,1 milyon manat) neft-qaz, 69,6%-i isə (80 milyard 701,4 milyon manat) qeyri-neft-qaz sektorunun payına düşüb. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azalıb, qeyri neft-qaz sektorunda isə 2,9% artıb.
Məlumat üçün bildirək ki, əvvəlki dövrdə – yanvar-sentybar aylarında ÜDM istehsalı neft-qaz sektorunda 1,2% azalıb, qeyri neft-qaz sektorunda isə 2,6% artıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz