Ronaldo Messini qabaqladı

“Forbes” jurnalı dünyanın ən çox qazanan 100 idmançısının siyahısını dərc edib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, reytinqdə 2016-cı il ərzində məvaciblər, bonuslar, eləcədə reklam gəlirləri nəzərə alınıb. Siyahının birincisi 88 milyon dollar qazanmış (klubdakı məvacibi və mükafatları 56 milyon dollar, reklam gəlirləri 32 milyon dollar) “Real” Madridin forvardı Kriştiano Ronaldodur. “Barselona”nın hücumçusu Lionel Messi siyahının ikincisidir. Argentinalı 81,4 milyon dollar (53,4+28) qazanıb. “Klivlend” basketbol klubunun lideri Lebron Ceym isə üçüncüdür. Onun bank hesablarında 77,2 milyon dollar (23,2+54) var.

DİGƏR XƏBƏRLƏR

Top