Şəxsi təsərrüfatdan əldə edilən süd və yumurtadan da vergi alınacaq? – Video


Məlum olduğu kimi, kənd təsərrüfatı məhsullarının uçot sisteminə dəyişiklik edilir. Bundan sonra kəndlinin istehsal etdiyi hər litr süd və hər yumurta uçota alınacaq.
Yeniavaz.com
xəbər verir ki, "İctimai TV" mövzu ilə bağlı süjet hazırlayıb.
Məlumata görə, vətəndaşların təkcə satış üçün hazırladığı məhsullar yox, şəxsi ehtiyacları üçün olanlar da nəzərə alınacaq.
Kəndliləri narahat edən məsələ isə yeni uçot qaydasının gələcəkdə vergi öhdəliyi yaratma ehtimalıdır.
“Biz kənddə yaşayırıqsa, toyuq da, heyvan da saxlamalıyıq, çünki bununla dolanırıq. Əlbəttə ki, 5 heyvan, iki toyuq saxlayacağam. Amma onun vergisini ödəməyə gücüm çatmaz, imkanım yoxdur”, - təsərrüfat sahibi Xuraman Sarıyeva bildirib.
Ekspertlərin fikrincə isə bu məlumatların toplanmasında məqsəd iqtisadiyyatın idarə olunması ilə bağlı statistik göstəricilərin dəqiqləşdirilməsidir.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top