Lukaşenko Rusiyanı beynəlxalq razılaşmları pozmaqda ittiham etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı sərhədyanı zonaların bərpa edilməsi ilə əlaqədar beynəlxalq razılaşmaları pozmaqda ittiham edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu prezident ictimaiyyət, yerli və xarici KİV nümayəndələri ilə görüşdə deyib. O bildirib: “Təsəvvür edin: dövlətlərarası müqavilələr və sazişlər mövcuddur. Və hansısa bir nazir, qoy, hətta güclü biri, “fsbeşnik” (Federal Təhlükəsizlik Xidməti – red.) və s. olsun, bir qələmlə bütün razılaşmaların üstündən xətt çəkərək 801,802, 803 əmrlərini verib. Mən hətta həmin əmrlərin nömrələrini sadalayıram... Bəs bu normaldır?”.

Xatırladaq ki, çərşənbə günü Rusiya Federeal Təhlükəsizlik Xidmətinin üç əmri dərc edilib. Əmrlərə əsasən, Belarusla sərhəddə sərhədyanı zonalar yaradılır. Qərar fevralın 7-dən qüvvəyə minir.

DİGƏR XƏBƏRLƏR

Top