Lökbatan sakini itlərin hücumuna məruz qalıb – Video


Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb.
Yeniavaz.com
“Xəzər TV”yə istinadla xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb.
Sakinlərin sözlərinə görə, həmin səhər binaların həyətində ümumilikdə beş nəfəri it dişləyib.
Onlar bildirirlər ki, bu, massivdə ilk belə hadisə deyil, ərazidə sahibsiz itlərin sayı artır. Xüsusilə səhər erkən və axşam saatlarında həyətə çıxmağa ehtiyat edirlər. Uşaqlarını məktəbə göndərən valideynlər də narahatdırlar. Deyirlər ki, müxtəlif qurumlara müraciət ediblər, amma nəticə olmayıb.
Həmin anın görüntülərini binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top