Əmək müqaviləsi olmayan miqrantlar Rusiyadan çıxarılacaq

Rusiya Daxili İşlər Nazirliyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindən olan mirqantların əmək müqaviləsi olmamasına görə ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bu qanunu pozanlar üçün pul cəriməsi də nəzərdə tutulub. Bununla belə, Belarus vətəndaşları istisna təşkil edirlər, onlar miqrasiya kartı almaqdan azad ediliblər. Hazırda Ermənistan, Qırğızıstan, Qazaxıstan, Rusiya və Belarusun daxil olduğu Aİİ ölkələrinin əmək miqrantları ittifaqın üzv ölkələrində iş üçün icazə almaq məcburiyyətindən azad ediliblər. Miqrantın işədüzəlmə ölkəsinin ərazisində qalma müddəti əmək müqaviləsinin etibarlılıq müddəti ilə müəyyən edilir. Lakin onun mövcud olmamasına görə məsuliyyət əmək sahəsində nəzərdə tutulub, miqrasiya qanunvericiliyində belə məsuliyyət yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top