Xankəndi stadionunda ilk rəsmi oyun nə vaxt olacaq? – Tarix açıqlandı


Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur.
Yeniavaz.com
xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) qərarına əsasən noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq “Xankəndi” – “Karvan-Yevlax” matçı bu stadionda keçiriləcək.
Qarşılaşma saat 16:00-da start götürəcək.
“Xankəndi” klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək.
MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top