
Avropa İttifaqı (Aİ) Ukraynadakı hərbi missiyasını 15 noyabr 2028-ci ilə qədər uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Aİ Şurasının bəyanatında öz əksini tapıb.
“Şura, bu dövr üçün təxminən 300 milyon avro büdcə ayrılmaqla, Aİ-nin Ukraynaya Hərbi Missiyasının (EUMAM Ukraine) mandatını daha iki il, 15 noyabr 2028-ci ilə qədər uzatmaq qərarına gəldi”, - deyə bəyanatda bildirilir.
Missiyanın mandatı döyüş əməliyyatlarının öyrənilməsini və Ukrayna Silahlı Qüvvələri üçün hərbi hazırlığın keçirilməsini əhatə edir.
Aİ Hərbi Missiyası digər beynəlxalq tərəfdaşlar - Böyük Britaniya, Kanada, Norveç və ABŞ ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
O, həmçinin “könüllülər koalisiyası” və NATO, əsasən də onun Ukrayna Təhlükəsizlik Yardımı və Təlim Komandanlığı (NSATU) ilə əməkdaşlıq edəcək.
Aİ qeyd edib ki, 2022-ci ilin oktyabr ayında Ukraynanın xahişi ilə yaradıldığı gündən bəri missiya 100 mindən çox hərbi qulluqçuya təlim keçib.
Tətbiqimizi yükləyə bilərsiniz