Tramp Rusiya-Ukrayna müharibəsinin yaxın vaxtlarda başa çatacağına inanır


ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların uğurla nəticələnə biləcəyini düşünür.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “CBS News” telekanalına müsahibəsində danışıb.
“Düşünürəm ki, razılaşmanın əldə olunmasına çox yaxınıq”, – deyə Tramp bildirib.
ABŞ lideri hesab edir ki, razılaşmaya nail olmaq mümkün olacaq, lakin danışıqlardan sonra Ukrayna əvvəlki kimi olmayacaq.
Tramp Ukraynanın hansı mənada “dəyişəcəyini” dəqiqləşdirməyib.
ABŞ lideri müharibənin yaxın vaxtlarda başa çatacağına inandığını da vurğulayıb.
O, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında ilk görüşün uğursuz keçdiyini xatırladıb. ABŞ liderinin sözlərinə görə, həmin görüşdə Rusiyaya böyük hörmətsizlik nümayiş etdirilib.

DİGƏR XƏBƏRLƏR

Top