Avropa Birliyi (AB) ABŞ-ın yeni administrasiyası ilə dostluq münasibətlərinə sadiq olacaq. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, AB diplomatiyasının rəhbəri Federika Mogerini Maltada mətbuata açıqlamasında dostlar arasında müxtəlif məsələlərə görə fikir ayrılıqlarının ola biləcəyini, ancaq bunun ikili münasibətlərə mane olmayacağını söyləyib: "Biz ABŞ xalqı, onun yeni administrasiyası ilə öz maraqlarımız, prinsiplərimiz əsasında dostluq edəcəyik. Mən əminəm ki, aramızda praqmatik münasibətlər olacaq və ümumi nəticələrə nail olmaq üçün birgə işləyəcəyik. Bəzi məsələlərə münasibətdə aramızda fikir ayrılığı ola bilər. Ancaq dostlar arasında olan fikir ayrılıqları adi bir işdir".
Mogerininin sözlərinə görə, hazırda Avropa Birliyi ilə ABŞ arasında miqrasiya məsələlərinə münasibətdə fikir ayrılığı var: "Bizim yolumuz əməkdaşlıq və tərəfdaşlıqdır. Biz qadağalara inanmırıq".