“Barselona” səfərdə “Atletiko Madrid”i məğlub etdi – Video


İspaniya La Liqasının 12-ci turunda çempion “Barselona” səfərdə “Atletiko Madrid”in qonağı olub.
Yeniavaz.com
xəbər verir ki, görüş kataloniyalıların 1:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 10-cu dəqiqədə “Atletiko”nun argentinalı hücumçusu Culiano Simeone açıb.
Almaniyalı məşqçi Hans-Dieter Flikin rəhbərlik etdiyi komandanın heyətində ispan yarımmüdafiəçisi Fermin Lopes isə 45 və 66-cı dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, “Barselona” hazırda 33 xalla lider, “Atletiko” isə 28 xalla üçüncüdür.

DİGƏR XƏBƏRLƏR

Top