“Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur”


44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.
Yeniavaz.com
xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib.
Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığını xatırladan dövlətimizin başçısı qeyd edib: “Bu, bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top