
Amerika Erməni Milli Komitəsi (ANKA) ABŞ-ın Ermənistandakı səfiri Millzlə Vaşinqton və Yerevan arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi barədə əldə edilən razılaşmanı alqışlayıb. "Yeniavaz.com"un news.am-a istinadən verdiyi məlumata görə, Vaşinqtonla Yerevan arasında əldə edilən razılığa əsasən iki ABŞ firması yaxın bir neçə ildə Ermənistana 500 milyon dollar sərmayə qoymağı planlaşdırıb. Öz növbəsində ANKA belə hesab edir ki, iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da genişləndirmək lazımdır. Bunu əsas tutan ANKA Senata və Nümayəndələr palatasının üzvlərinə məktub göndərərək onları iqtisadi əməkdaşlıq baxımından 3 prioritet sahə üzərində fəal işləməyə çağırıb. Məktubda Los-Ancelesdən Yerevana kommersiya və yük aviareyslərinin açılmasnın, ikiqat vergilərdən azad olunmasının, həmçinin Ermənistanda təhsilin inkişaf etdirilməsi məqsədi ilə Millennium Challenge korporasiyası tərəfindən qrant ayrılmasının vacibliyi vurğulanıb.
Tətbiqimizi yükləyə bilərsiniz