
ABŞ İrana qarşı sanksiyalar siyahısına səkkiz Kanada şirkətini əlavə edib.
Yeniavaz.com xəbər bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin bildirişində öz əksini tapıb.
İdarənin məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin İrana qarşı yürütdüyü “İqtisadi Təcrid Əməliyyatı” çərçivəsində valyuta mübadiləsi, pul köçürmələri və kriptovalyuta əməliyyatları təmin edən maliyyə şirkətllərinə məhdudiyyətlər tətbiq edilib. Maliyyə şirkətllərinin hamısı Kanadada qeydiyyatdan keçib.
Bu şirkətlər İran rialını rəqəmsal aktivlərə (kriptovalyutaya) dəyişərək Tehranla bağlı beynəlxalq pul köçürmələrini həyata keçirib, İrandakı rəqəmsal birjalar və İnqilab Keşikçiləri Korpusu ilə əməliyyatlar aparıblar.
Siyahıya daxil edilmək ABŞ-dəki aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin bu təşkilatlarla iş görməsinin qadağan edilməsini nəzərdə tutur.
Tətbiqimizi yükləyə bilərsiniz