ATƏT-in prioritet fəaliyyət sahələri açıqlanıb

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ölkəsinin bu quruma sədrliyi dövründə üç prioritet sahəni diqqət mərkəzində saxlayacağını söyləyib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Kurts: "Avstriyanın ATƏT-ə sədrliyi dövründə 3 istiqamətdə fəal iş aparılacaq. Bunlardan birincisi radikal və zorakı ekstremizmlə mübarizədir. İkincisi ATƏT-ə üzv ölkələr arasında qarşılıqlı etimadın bərpa edilməsidir. Üçüncüsü münaqişələrin həllınə nail olunmasıdır",-deyib.

Xatırladaq ki, hazırda Gürcüstanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri neytral zonada Gürcüstan, Cənubi Osetiya, Rusiya, nümayəndələrinin, həmçinin Avropa Birliyi və ATƏT monitorinq missiyalarının birgə görüşünü təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top