Tramp kabinetində kadr dəyişiklikləri elan etdi


ABŞ Prezidenti Donald Tramp hakim Respublikaçılar Partiyasının ABŞ-dəki aralıq seçkilərdə məğlubiyyətindən sonra kabinetində kadr dəyişikliklərinin, o cümlədən vəzifədən azad etmələrin olacağını elan edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə CBS telekanalına verdiyi müsahibədə bildirib.
Tramp jurnalistin Vaşinqton administrasiyasında kimisə işdən çıxarmağı planlaşdırıb-planlaşdırmadığı ilə bağlı sualına “Bəli. Bir az”, - deyə cavab verib.
“Mən öz kabinetimi sevirəm. Düşünürəm ki, onlar yaxşıdırlar. Amma bir neçə dəyişiklik edə bilərəm”, - deyə Tramp o, detalları açıqlamaqdan əlavə edib.
Tramp həmçinin Müdafiə naziri Pit Heqsetə hələ də etibar etdiyini bildirib. Belə ki, bəzi Demokrat və Respublikaçı qanunverici Pentaqon rəhbərinin ABŞ və İran arasındakı münaqişə ilə bağlı hərəkətlərindən son dərəcə narazılıqlarını ifadə ediblər.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də aralıq seçkilər keçirilib. Amerikalılar Senatın 100 üzvündən 35-ni, Nümayəndələr Palatasının 435 üzvünün isə hamısını seçiblər. 36 ştatda isə qubernator seçkiləri keçirilib. ABŞ mediasının son hesablamalarına görə, Demokratlar yeni Konqresin hər iki palatasında yerlərin əksəriyyətini əldə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top