Ermənistanda əhalinin sayı ötən əsrin 70-ci illərindəki səviyyəyə düşdü

Bu ilin yanvar ayının əvvəlinə olan məlumatına görə, Ermənistan əhalisinin sayı 2 milyon 986,5 min nəfər olub. "Yeniavaz.com" Ermənistan Statistika Xidmətinin açıqladığı məlumata istinadən bildirir ki, əhalinin sayı ötən ilin eyni dövrünə nisbətdə 0,4% və ya 12,1 min nəfər azalıb. Statistika Xidmətindən bildirilir ki, əhalinin sayının azalması insanların ölkəni tərk etməsi - miqrasiya ilə bağlıdır. Məlumatda həmçinin qeyd olunur ki, son bir il ərzində Ermənistanda şəhər əhalisinin sayı 5,2 min nəfər azalaraq 1 milyon 901,7 min nəfərə, kənd əhalisinin sayı isə 6,8 min nəfər azalaraq 1 milyon 84,8 min nəfərə düşüb. Paytaxt Yerevanda isə əhalinin sayı 2,2 min nəfər azalıb.

Statistika Xidmətinin məlumatında həmçinin vurğulanır ki, əhalinin sayının 3 milyondan aşağı olması sonuncu dəfə ötən əsrin 70-ci illərində qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top