Binəqədidə məktəbdə şagirdin bıçaqlanması ilə bağlı açıqlama-Rəsmi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakıda şagirdin bıçaqlaması ilə bağlı məsələyə aydınlıq gətirib. İdarədən bildirilib ki, Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbdən verilən məlumata görə, fevralın 3-də səhər saat 8 radələrində dərs başlamamışdan əvvəl məktəbin həyətində IX sinif şagirdi N.Musayev onunla eyni sinifdə oxuyan E.Əmənova bıçaqla xəsarət yetirib. Məlumata görə, məktəbdən təcili tibbi yardıma müraciət olunub və E.Əmənov xəstəxanaya aparılıb. Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb. Hər iki məktəblinin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu qeyd edilib.Report

DİGƏR XƏBƏRLƏR

Top