Bakı yaşayış xərclərinə görə 579 şəhər arasında 479-cu yerdə qərarlaşıb – Siyahı


Bakı yaşayış xərclərinə görə 579 şəhər arasında 479-cu yerdə qərarlaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Numbeo” platformasının hazırladığı şəhərlər üzrə yaşayış xərcləri indeksində yer alıb.
Reytinqdə Bakı 33,4 indeks göstəricisi ilə 479-cu sırada qərarlaşıb. Bu göstərici o deməkdir ki, paytaxtda gündəlik yaşayış xərcləri ABŞ-nin Nyu-York şəhəri ilə müqayisədə təxminən 66,6% aşağıdır.
Hesabatda Nyu-York şəhərinin indeksi 100 olaraq qəbul edilib. Yaşayış xərcləri indeksi ərzaq, restoran, nəqliyyat və kommunal xidmətlər daxil olmaqla gündəlik istehlak xərclərini əhatə edir, lakin kirayə haqqı və digər mənzil xərcləri bu göstəriciyə daxil edilmir.
Reytinqə İsveçrənin Zug şəhəri 121,4 indeks göstəricisi ilə başçılıq edir. İlk beşlikdə Sürix (118,2), Corc Taun (113,8), Bazel (105,8) və Lüsern (105,4) şəhərləri yer alıb.
Ən aşağı yaşayış xərcləri isə Hindistanın Koimbatore şəhərində qeydə alınıb. Onun indeksi 17,2 təşkil edib.
Keçmiş SSRİ ölkələrinin və region dövlətlərinin bəzi şəhərlərində yaşayış xərcləri indeksi aşağıdakı kimi olub:
Moskva (Rusiya) – 49,9 (335-ci yer);
İstanbul (Türkiyə) – 45,1 (380-ci yer);
İrəvan Gürcüstan) – 38,2 (441-ci yer);
Kişinyov (Moldova) – 38,1 (442-ci yer);
Bakı (Azərbaycan) – 33,4 (479-cu yer);
Kiyev (Ukrayna) – 33,2 (481-ci yer);
Minsk (Belarus) – 32,9 (484-cü yer);
Daşkənd (Özbəkistan) – 30,6 (510-cu yer);
Düşənbə (Tacikistan) – 30,1 (514-cü yer);
Bişkek (Qırğızıstan) – 28,7 (520-ci yer).


Məlumat üçün qeyd edək ki, “Numbeo” platformasının məlumatları əsasən istifadəçilərin təqdim etdiyi qiymətlər əsasında formalaşır və rəsmi statistika hesab edilmir. Buna görə də indeks göstəriciləri ölkələrin və şəhərlərin rəsmi statistik məlumatlarından fərqlənə bilər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top