Ərdoğan Moskvaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin vaxtı məlum olub. "Yeniavaz.com"un İnterfaks-a istinadən verdiyi məlumata görə, Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz mətbuata açıqlamasında bildirib ki, Ərdoğan bu ilin mart ayının birinci yarısında Moskvaya səfər edəcək: "Ərdoğanın Rusiyaya səfəri mart ayının birinci yarısında baş tutacaq. Səfər çərçivəsində Ərdoğan prezident Putinlə görüşəcək. Bu onun Putinlə son yarım ildə keçirəcəyi 4-cü görüş olacaq".

Səfirin sözlərinə görə, Ərdoğanla Putinin görüşündə iki ölkə arasında hərtərəfli əməkdaşlığın daha da genişəndirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələlər əsas müzakirə hədəfi olacaq.

DİGƏR XƏBƏRLƏR

Top