"Qarabağ" tarixinin ən uğurlu seriyası

“Qarabağ” Topaz Premyer Liqasının cari mövsümündə keçirdiyi 5-ci ev oyununda da quru hesablı qələbə qazanıb. XII turda “Kəpəz”i 1:0 hesabı ilə məğlub edən Ağdam klubu öz meydanındakı üç seriyasını davam etdirib. "Yeniavaz.az" saytı PFL-yə (Peşəkar Futbol Liqası) istinadən xəbər verir ki, 10 oyundur öz meydanında qol buraxmayan Qurban Qurbanovun yetirmələri martın 30-da keçirilən “Rəvan”la matçdan (5:1) sonra qonaqlara qol sevinci yaşatmır. Bu, klubun tarixində ən uğurlu seriyadır. Ardıcıl 14-cü ev qələbəsini qazanan “Qarabağ”ın öz meydanındakı son xal itkisi 2015-ci il dekabrın 19-na təsadüf edib. Həmin gün əyalət klubu “Qəbələ” ilə heç-heçə edib – 1:1. 2015-ci fevralın 28-də “Qəbələ”yə 0:1 hesabı ilə uduzan ağdamlılar 28 oyundur evdə məğlubiyyət acısı yaşamır.

DİGƏR XƏBƏRLƏR

Top