Demokratlar Tramp və Maskla bağlı araşdırmalara başlayacaq


ABŞ Demokratlar Partiyasının nümayəndələri Donald Trampın prezident kimi fəaliyyətləri ilə bağlı genişmiqyaslı araşdırmalara hazırlaşırlar.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi onlarla konqresmenin, vəkilin və siyasi məsləhətçinin şərhlərinə əsasən məlumat verib.
Məlumata görə, istintaqa “SpaceX” şirkətinin baş direktoru İlon Mask və Tramp ailəsinin üzvləri də cəlb edilə bilər.  
Agentliyin qeyd etdiyi kimi, ABŞ Demokratlar Partiyasının bir çox nümayəndəsi əvvəllər 3 noyabr ara seçkilərindən sonra Trampa qarşı dərhal impiçment araşdırması aparılmasını tələb etmiş, lakin əvvəlcə ABŞ prezidentinin oğulları, Mask və bir sıra Ağ Ev əməkaşlarına qarşı ittihamlar da daxil olmaqla bütün hüquqi əsasları toplamağa üstünlük vermişdi.
ABŞ-nin “Arnold & Porter” şirkətinin Konqres nəzarəti üzrə mütəxəssisi Reyçel Kotton “Reuters” agentliyinə bildirib ki, həm administrasiyanı, həm də özəl sektoru hədəf alacaq çoxlu sayda araşdırmalar gözlənilir.
Qeyd edək ki, noyabrın 3-də keçirilən aralıq seçkilərin ilkin nəticələrinə əsasən, Demokratlar Partiyası Konqresin hər iki palatasında - Senatda və Nümayəndələr Palatasında çoxluq əldə ediblər. Demokratlar hətta ənənəvi Respublikaçı ştatlarda da qalib gəldilər. Həmçinin, Tramp da seçkilərin nəticələrini tanıyıb.

DİGƏR XƏBƏRLƏR

Top