İranın Ali Lideri Putinə mesaj göndərdi


İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Rusiya Prezidenti Vladimir Putinə Ali Rəhbər Müctəba Xameneinin mesajını çatdırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın IRIB dövlət televiziyası məlumat yayıb.
Mesajın məzmunu barədə heç bir məlumat verilməyib.
Lakin, Rzayinin qeyd etdiyi kimi, İranın Ali Lideri mesajının mümkün qədər tez Rusiya Prezidentinə çatdırılmasını istəyib.
İran rəsmisinin sözlərinə görə, o, Rusiya lideri ilə regiondakı vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə edib.
“Biz mühüm regional məsələlərlə yanaşı, müharibədən sonrakı vəziyyət və regional təhlükəsizlik sistemi ilə bağlı məsləhətləşmələr apardıq”, - Rzayi bildirib.
İran Ali Milli Təhlükəsizlik Şurası katibinin qeyd etdiyi kimi, Putin İran və ABŞ arasında hərbi münaqişəyə son qoymaq üçün hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
Rzayi qeyd edib ki, Rusiya Prezidenti ilə söhbətində ABŞ-nin İranın yeddi tələbini yerinə yetirməsini Hörmüz boğazının açılması üçün şərt kimi göstərib.
Bundan əlavə, tərəflər Rusiya qazının İrana tədarükü məsələsini müzakirə ediblər.
Qeyd edək ki, noyabrın 5-də Rusiya Prezidenti Putin Kremldə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayini qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top