Harri Keyn daha 3 il “Bavariya”da oynayacaq


Almaniyanın “Bavariya” klubu hazırkı “Qızıl top” mükafatının qalibi Harri Keynlə müqaviləsini 2029-cu ilə qədər uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
“Bavariyada özümü o qədər yaxşı hiss edirəm ki, qalmaq istəyirəm. Bu klubu, azarkeşləri sevirəm - bizim inanılmaz komandamız var”, - Keyn bildirib.
Qeyd edək ki, ingilis hücumçu bu il karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb. Keyn ötən mövsüm “Bavariya”da 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə edib. O, klubla birlikdə Bundesliqa və Almaniya Kubokunu qazanıb. O, liqanın qol vurma siyahısına başçılıq edib və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) üzvü olan ölkələrin liqalarında ən çox qol vuran oyunçuya verilən “Qızıl buts” mükafatını qazanıb.
Keyn İngiltərə millisi ilə Dünya Kubokunda bürünc medal qazanıb. O, həmçinin son iki Avropa çempionatında gümüş medala sahib  olub və 91 qolla milli komandanın ən çox qol vuran oyunçusudur.
Xatırladaq ki, 33 yaşlı Keyn 2023-cü ilin yayından bəri “Bavariya”da oynayır. Klubla birlikdə hücumçu iki Bundesliqa titulunu, bir Almaniya Super Kubokunu və bir Almaniya Kubokunu qazanıb. O, əvvəllər İngiltərənin “Tottenhem” klubunda çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top