"Rusiya düşünülmüş şəkildə Qərbdə sabitliyi pozmağa cəhd edir"

Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon Rusiyanı Qərbə qarşı kiberhücumlarda, informasiya müharibəsi aparmaqda və böhtan kapmaniyasını özünün əsas silahına çevriməkdə günahlandırıb. "Yeniavaz.com"un 24tv.ua/ru saytına ıstınadən verdıyı məlumata görə, Fellon dezinformasiya yolu ilə Kremlin Qərb demokratiyasını gözdən salmaq və onun əsaslarını sarsıtmaq yolu seçdiyini söyləyib. Onun sözlərinə görə, Rusiyanın məqsədi bu yolla Qərbdə sabitliyi pozmaqdır. Nazir bununla əlaqədar NATO-nun müvafiq cavab tədbirləri həyata keçirəcəyinqə ümid etdiyini bildirib: "Rusiya düşünülmüş şəkildə Qərbdə sabitliyi pozmağa cəhd edir. Sovetlərə xas olan tərzdə dezinformasiya ilə məşğul olduğuna görə, Rusiyanın bir çox kütləvi informasiya vasiətələri, o cümlədən RT və Sputnik məsuliyyətə cəlb edilməlidir".

Fellon həmçinin xəbərdarlıq edib ki, Kreml bu ilin sentybar ayında Almaniya bundestaqına keçiriləcək seçkilərə də müdaxiə etməyə çalışacaq. O xatırladıb ki, Rusiya Çernoqoriyada keçirilən parlament seçkilərinə və Ukraynanın AB-yə assosiativ üzv qəbul edilməsi ilə bağlı Niderlandda təşkil edilən referendum, həmçinin ABŞ-da prezident seçkilərinə artıq müdaxilə edib.

DİGƏR XƏBƏRLƏR

Top