“Barselona” Rafinya ilə yeni müqavilə imzaladı


İspaniyanın “Barselona” klubu braziliyalı futbolçusu Rafinya ilə yeni müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilə 2030-cu ilə qədər qüvvədədir.
Qeyd edək ki, 29 yaşlı Rafinya 2022-ci ildən “Barselona”da oynayır. Onun klubla əvvəlki müqaviləsi 2028-ci ilə qədər idi.
Braziliyalı kataloniyalılarla üç İspaniya liqa titulunu, bir İspaniya Super Kubokunu və bir Kral Kubokunu qazanıb. O, 2024/25 mövsümündə Çempionlar Liqasının ən çox qol vuran oyunçusu olub.
Rafinya əvvəllər “Sportinq” (Portuqaliya), “Renn” (Fransa) və “Lids Yunayted” (İngiltərə) klublarında oynayıb.

DİGƏR XƏBƏRLƏR

Top