“Qırmızı Körpü”də Türkiyədən gələn maşından qanunsuz mallar tapıldı


Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Bildirilib ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib:
“Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qoşqusunda mal müşayiət sənədlərində qeyd olunmayan ümumilikdə 10 adda 480 ədəd tibb sahəsində istifadə olunan mallar aşkar edilib”.

DİGƏR XƏBƏRLƏR

Top