Kanadada məscid daşa basılıb

Kanadanın Monreal bölgəsinin Pointe-Sent-Çarls rayonunda naməlum şəxs və ya şəxslər “Xədicə Məscidi” adlı İslam Mərkəzini daşa basıblar. “Haber7” xəbər verir ki, bunu mərkəzin rəhbəri Asik Əhməd bildirib. Hadisə nəticəsində məscidin pəncərələrinin şüşələri sınıb.
A.Əhməd vurğulayıb ki, bu hadisə nifrətin belə tezliklə sona çatmayacağını göstərir. Polis nümayəndələri deyib ki, bir neçə gün əvvəl naməlum şəxs və ya şəxslər həmin məscidə yumurta atımış, boya ilə mərkəzin divarlarına təhqiredici ifadələr yazılmışdı. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kanada polisi fransız-kanadalı tələbəni Quebec şəhərindəki məsciddə 6 nəfəri güllələməkdə ittiham edib. Xatırladaq ki, bu il yanvarın 31-də Kanada vətəndaşı 27 yaşlı Aleksandr Bissonnettenin gecə saatlarında Quebec İslam Mədəniyyət Mərkəzində axşam namazı zamanı məscidə silahlı basqını nəticəsində 6 nəfər ölmüş,19 nəfər isə müxtəlif dərəcədə xəsarət almışdı.Report

DİGƏR XƏBƏRLƏR

Top