
Ermənistanın Baş naziri Nikol Paşinyan COP31-də iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, o bu barədə noyabrın 5-də hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) 2026-cı il noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.
Dövlət başçılarının və yüksək vəzifəli nümayəndə heyətlərinin iştirakı ilə əsas görüşlər noyabrın 11-12-nə planlaşdırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz