Bu şirkət dövlət qurumlarının 8 888,88 və 7 777,77 manatlıq tenderlərində qalib olub


Gəncə Apellyasiya Məhkəməsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 8 min 888 manat 88 qəpik olan tender müsabiqəsinin qalibi “Procure Masters” MMC (VÖEN – 2008286441) olub.
“Procure Masters” MMC Gəncə Apellyasiya Məhkəməsinə kreslolar, oturacaqlar, tumbalar, asılqan, kondisionerlər və printerlər satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Procure Masters” MMC 2023-cü ilin oktyabr ayında vergi qeydiyyatına alınıb. Hüquqi ünvanı Xətai rayonu, Polad Həşimov küçəsi, ev 17, mənzil 15-də yerləşən MMC-nin qanuni təmsilçisi Əhmədli Nazim Namiq oğludur.
Məlumat üçün bildirək ki, “Procure Masters” MMC bu günə kimi çoxsaylı dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub. Bu müsabiqələrdə diqqət çəkən məqamlardan biri tenderlərin dəyərinin bəzi hallarda eyni və ya qoşa rəqəmlərdən (“zerkalnı”) ibarət olmasıdır.
Həmin tender müsabiqələrindən bəzilərini təqdim edirik:
Yevlax Rayon Mərkəzi Xəstəxanasının tenderi – 77 777,77 manat;
Respublika Endokrinoloji Mərkəzinin tenderi – 29 999,92 manat;
Nərimanov Tibb Mərkəzinin tenderi – 11 555,11 manat;
Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin tenderi – 1 212,21 manat.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top