
ABŞ Prezidenti Donald Tramp noyabrın 4-də Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinin Ağ Ev ərazisində inşa edilən yeni bal zalının qonaqları arasında ola biləcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə öz sosial mediada yayılıb.
“Bu, ən möhkəm binadır. Deyirlər ki, konstruktiv baxımdan ən möhkəm tikilidir. O, xüsusi olaraq prezidentin təhlükəsizliyini təmin etmək üçün layihələndirilib. Prezident Çin, Rusiya və ya istənilən başqa ölkənin liderlərini qəbul edə biləcək. Hətta şam yeməyində 2 min və ya 2,5 min qonaq olsa belə, onların hamısı tam təhlükəsizlikdə olacaq”, – deyə Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, layihə hazırlanarkən gücləndirilmiş müdafiə konstruksiyalarına və yan divarlarda zirehli şüşələrdən istifadəyə xüsusi diqqət yetirilib.
O qeyd edib ki, bu, həm yüksək təhlükəsizlik səviyyəsini təmin etmək, həm də şəffaflığı qorumaq məqsədi daşıyır.
Tətbiqimizi yükləyə bilərsiniz