
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İqtisadi Elmi Tədqiqat İnstitutu” PHŞ tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 4 min 104 manat 28 qəpik olan tender müsabiqəsinin qalibi “Son Söz Holding” MMC (VÖEN – 1009708301) olub.
“Son Söz Holding” MMC İnstitutun sifarişi ilə bu quruma dəftərxana malları satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Son Söz Holding” MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Binəqədi ŞTQ, Süleyman Sani Axundov, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mirzəyev İlqar Rəşid oğludur. Tenderin qalibi olan “Son Söz Holding” MMC isə 2026-cı ilin 3 avqust tarixində dövlət qeydiyyatına alınıb.
MMC dövlət qeydiyyatına alındıqdan sonra – təxminən son 3 ayda 6 tender müsabiqəsində qalib olub.
“Son Söz Holding” MMC dövlət qeydiyyatına alındıqdan cəmi 1 ay sonra Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi tərəfindən keçirilən 14 min 819 manat 21 qəpik dəyərində tender müsabiqəsinin qalibi seçilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz