
Dünyada internetdən istifadə səviyyəsinə görə ölkələrin reytinqi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2025-ci il üzrə məlumatları əsasında hazırlanan siyahıda Azərbaycan 90,8 faizlik göstərici ilə 63-cü yerdə qərarlaşıb.
Reytinqdə son üç ay ərzində internetdən istifadə edən şəxslərin əhalinin ümumi sayına nisbəti əsas götürülüb.
Araşdırmaya əsasən, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyndə əhalinin 100 faizi internetdən istifadə edir. Bu ölkələr siyahının ilk pillələrində yer alıblar.
Danimarka 99,77 faizlə beşinci, Lüksemburq 99,13 faizlə altıncı, Monako 99,04 faizlə yeddinci, Norveç isə 99 faizlə səkkizinci yerdə qərarlaşıb.
Azərbaycan 90,8 faizlik göstərici ilə qonşu ölkələr arasında Gürcüstan (83,8%), Ermənistan (83,43%) və Türkiyədən (89,77%) daha yüksək göstəriciyə malikdir. Eyni zamanda Rusiyadan (95,57%) və Qazaxıstandan (93,39%) geri qalır.
Regionlar üzrə nəticələrə nəzər saldıqda, Avropa və Şimali Amerika ölkələrinin əksəriyyətinin yüksək internet istifadə səviyyəsinə malik olduğu görünür. Asiyada Malayziya (98,28%), Sinqapur (97,37%) və Cənubi Koreya (96,09%) ön sıralarda qərarlaşıb.
Afrikanın bir sıra ölkələrində isə internetdən istifadə səviyyəsi xeyli aşağıdır. Məsələn, Nigeriyada bu göstərici 41,21%, Keniyada 34,98%, Zambiyada 29,7% təşkil edir.
Məlumatlarda bu fərqin əsas səbəbləri kimi telekommunikasiya infrastrukturunun məhdudluğu, mobil internetin yüksək qiyməti və kənd yerlərində şəbəkələrin genişləndirilməsinin çətinliyi göstərilir.
Reytinqin sonuncu pillələrində Burundi (8,6%), Uqanda (8,95%), Çad (12,63%) və Mərkəzi Afrika Respublikası (13,78%) yer alıb. Əfqanıstanda isə internet istifadəçilərinin payı 16,09 faiz təşkil edib.
İnternetdən istifadə səviyyəsinə görə ölkələrin siyahısı:
Birləşmiş Ərəb Əmirlikləri – 100%
Səudiyyə Ərəbistanı – 100%
Küveyt – 100%
Bəhreyn – 100%
Danimarka – 99,77%
Lüksemburq – 99,13%
Monako – 99,04%
Norveç – 99%
Malayziya – 98,28%
Lixtenşteyn – 98,26%
İslandiya – 98,21%
Qatar – 98,09%
Sinqapur – 97,37%
San Marino – 97,35%
İsveçrə – 97,32%
Tayvan – 97,29%
İrlandiya – 97,19%
Niderland – 97,01%
Belçika – 96,46%
İspaniya – 96,31%
Bruney Darussalam – 96,30%
Avstraliya – 96,13%
Cənubi Koreya – 96,09%
İsveç – 95,77%
Honkonq – 95,76%
İordaniya – 95,62%
Çili – 95,59%
Rusiya – 95,57%
Belarus – 95,53%
Birləşmiş Krallıq – 95,47%
Oman – 95,25%
ABŞ – 94,69%
Almaniya – 94,58%
Latviya – 94,43%
Andorra – 94,40%
Kanada – 94,35%
Finlandiya – 94,13%
Monteneqro – 94,11%
Malta – 93,86%
Şimali Makedoniya – 93,60%
Yeni Zelandiya – 93,52%
Qazaxıstan – 93,39%
Rumıniya – 93,15%
Macarıstan – 92,80%
Baham adaları – 92,47%
Tayland – 92,26%
Estoniya – 92,24%
Qırğızıstan – 92,03%
Uruqvay – 91,99%
Avstriya – 91,93%
Çin – 91,80%
Sloveniya – 91,57%
Butan – 91,28%
Mərakeş – 91,18%
Dominikan Respublikası – 91%
Azərbaycan – 90,80%
İtaliya – 90,32%
Yamayka – 90,11%
Bosniya və Herseqovina – 90,11%
Serbiya – 90,04%
Kosta Rika – 89,95%
Slovakiya – 89,83%
Makao – 89,83%
Türkiyə – 89,77%
Argentina – 89,67%
Polşa – 89,65%
Kipr – 89,60%
Fransa – 89,59%
Özbəkistan – 89,51%
Portuqaliya – 89,45%
Kiribati – 89,44%
Vatikan – 89,22%
Litva – 89,16%
Yunanıstan – 89,15%
Çexiya – 88,47%
İsrail – 88,18%
Seyşel adaları – 87,82%
Vyetnam – 87,12%
Xorvatiya – 85,90%
Albaniya – 85,86%
Yaponiya – 85,54%
Paraqvay – 85,36%
İran – 85,34%
Maldiv adaları – 85,24%
Monqolustan – 85,12%
Braziliya – 84,92%
Palau – 83,93%
Gürcüstan – 83,80%
Ermənistan – 83,43%
Meksika – 83,12%
Naoero – 83,01%
Qayana – 83%
Ukrayna – 82,47%
El Salvador – 82,24%
Trinidad və Tobaqo – 82,16%
Dominika – 82,05%
Peru – 81,96%
Liviya – 81,95%
İraq – 81,47%
Livan – 80,63%
Ekvador – 80,07%
Beliz – 80,01%
Boliviya – 79,70%
Bolqarıstan – 79,68%
Kolumbiya – 79,35%
Cənubi Afrika – 78,36%
Tunis – 77,70%
İndoneziya – 77,63%
Əlcəzair – 77,42%
Moldova – 77,37%
Sent Kitts və Nevis – 76,88%
Venesuela – 76,68%
Sent Vinsent və Qrenadinlər – 76,19%
Kabo Verde – 74,74%
Fici – 74,71%
Misir – 74,65%
Mavriki – 73,31%
Panama – 72,77%
Antiqua və Barbuda – 72,73%
Qana – 72,18%
Kuba – 70,48%
Barbados – 70,36%
Qrenada – 70,16%
Hindistan – 70%
Qabon – 68,72%
Kamboca – 68,48%
Müqəddəs Lusiya – 68,21%
Tonqa – 67,44%
Filippinlər – 67,26%
Marşal Adaları – 65,92%
Laos – 65,59%
Cibuti – 65,30%
Namibiya – 64,87%
Esvatini – 63,40%
Ekvatorial Qvineya – 63,30%
Seneqal – 62,26%
Nikaraqua – 61,40%
Qvatemala – 60,22%
San-Tome və Prinsip – 59,12%
Honduras – 58,62%
Botsvana – 57,46%
Pakistan – 57,25%
Qambiya – 57,10%
Tacikistan – 55,79%
Banqladeş – 53,42%
Lesoto – 51,80%
Şri-Lanka – 49,90%
Haiti – 47,86%
Konqo Respublikası – 47,25%
Nepal – 46,32%
Kamerun – 46,26%
Mavritaniya – 45,78%
Zimbabve – 41,64%
Kot-d'İvuar – 41,43%
Nigeriya – 41,21%
Anqola – 40,70%
Mikroneziya – 39,52%
Toqo – 39,48%
Niger – 39,47%
Mali – 36,80%
Keniya – 34,98%
Benin – 33,98%
Qvineya – 33,30%
Komor adaları – 32,52%
Liberiya – 32,23%
Ruanda – 31,70%
Tanzaniya – 31,16%
Qvineya-Bisau – 29,78%
Zambiya – 29,70%
Solomon Adaları – 29,04%
Burkina Faso – 28,25%
Somali – 27,94%
Sierra Leone – 25,10%
Efiopiya – 21,94%
Mozambik – 20,53%
Konqo Demokratik Respublikası – 19,67%
Malavi – 18,96%
Papua Yeni Qvineya – 18,81%
Madaqaskar – 18,68%
Əfqanıstan – 16,09%
Mərkəzi Afrika Respublikası – 13,78%
Çad – 12,63%
Uqanda – 8,95%
Burundi – 8,60%
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz