
Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Yeniavaz.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,64 ABŞ dolları və ya 5,85% azalaraq 106,81 ABŞ dollarına düşüb.
Qeyd edək ki, 3 gün əvvəl – noyabrın 2-də Azərbaycan nefti 126,16 ABŞ dollarına ticarət olunurdu.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Onu da bildirək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Tətbiqimizi yükləyə bilərsiniz