Kadıköydə tarixi gecə - “Fənərbağça” “Liverpul”u məğlub etdi


UEFA Çempionlar Liqasının dördüncü turunda Türkiyənin “Fənərbağça” klubu İngiltərənin “Liverpul” klubu ilə qarşılaşıb.
Yeniaavaz.com
“Haberler.com”a istinadla xəbər verir ki, oyun 3-2 hesabı ilə “Fənərbağça”nın xeyrinə başa çatıb.
Belə ki, “Liverpul” 25-ci dəqiqədə Nyoninin zərbəsi ilə hesabda irəli çıxıb.
Matçın 29-cu dəqiqəsində “Fənərbağça” hesabı bərabərləşdirib. İstanbul təmsilçisinin heyətində Qrinvud fərqlənib.
69-cu dəqiqədə İsakın başı ilə vurduğu topla “Liverpul” yenidən hesabda önə keçib.  
73-cü dəqiqədə hesab yenidən bərabərləşib. “Fənərbağça”dan Braunun zərbəsi ilə hesab 2-2 olub.
79-cu dəqiqədə “Fənərbağça” hesabda yenidən irəli çıxıb. Vedat Muriqi başı ilə topu qapının küncünə göndərib.
Matçın qalan hissəsində hesab dəyişməyib. Bu nəticə ilə “Fənərbağça” xallarının sayını 5-ə çatdırıb. ”Liverpul”un isə hələ ki, 9 xalı var.

DİGƏR XƏBƏRLƏR

Top