ABŞ tarixində ilk dəfə müsəlman senator seçildi


Demokrat namizəd Əbdül Əl-Sayed Mişiqan ştatında ABŞ Senatına seçkilərdə qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox News” telekanalı məluat yayıb.
Telekanalın məlumatına görə, o, respublikaçı Mayk Rocers üzərində qələbə qazanıb. Bununla da, Əl-Sayed ABŞ Senatına seçilən ilk müsəlman siyasətçi kimi tarixə düşüb. O, əvvəllər Konqresdən təqaüdə çıxdığını elan edən senator Qari Pitersin yerini tutacaq.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də aralıq konqres seçkiləri keçirilib. Bu seçkilər növbəti iki il üçün federal hökumətdə güc balansını müəyyən edəcək. Amerikalılar Nümayəndələr Palatasının hamısını və Senatın təxminən üçdə birini seçiblər.
DDHQ analitik portalı ABŞ Demokrat Partiyasının ara seçkilərdən sonra ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasına nəzarəti ələ keçirəcəyini bildirib.
Bir çox ekspert respublikaçıların Konqresin bir və ya iki palatasını itirə biləcəyini və bunun Prezident Donald Trampın siyasi perspektivlərinə ciddi ziyan vuracağını proqnozlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top