
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Ermənistanın səsvermə hüququndan məhrum edilməsini və vətəndaşlarının kvota vəzifələrinə namizədliyinin dayandırılmasını nəzərdən keçirə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın baş katibi Taalatbek Masadıkov bildirib.
“Rusiya tərəfindən KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiqi ilə bağlı təqdim edilmiş qətnamə layihəsi var. Bu, üzvlük haqları və iştirak etməməklə bağlıdır. Ermənistan KTMT-də mövcud olsa da, son üç ildir ki, təşkilatın işində iştirak etmir”, - deyə o bildirib.
Qeyd edək ki, KTMT bir neçə postsovet dövləti tərəfindən kollektiv təhlükəsizliyi təmin etmək üçün yaradılan regional beynəlxalq bir qurumdur. Onun əsas məqsədləri sülhü, beynəlxalq və regional təhlükəsizliyi və sabitliyi möhkəmləndirmək, üzv dövlətlərin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini kollektiv şəkildə müdafiə etməkdir.
Hazırda təşkilatın altı üzvü var: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan.
Tətbiqimizi yükləyə bilərsiniz