Türkiyənin Adana bölgəsində terrorçu PKK qruplaşmasına üzv olmaqda şübhəli bilinən 20 nəfər saxlanılıb. “Haber7” xəbər verir ki, Adana əyaləti Təhlükəsizlik İdarəsi 30 müxtəlif ünvanda eyni zamanda anti-terror əməliyyatı keçirib. İnformasiyaya görə, şübhəlilər tibbi müayinədən keçirildikdən sonra sorğu-sual edilmək üçün Təhlükəsizlik İdarəsinə aparılıblar.Report