Son bir ildə BP-də azərbaycanlı işçilərin sayı 76 nəfər azalıb


Bu ilin 3-ci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 313 nəfər olub və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “BP-Azərbaycan” şirkətinin hesabatında yer alıb.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 389  nəfər olub. Bu isə o deməkdir ki, son bir il ərzində BP şirkətində işləyən Azərbaycan vətəndaşlarının sayı 76 nəfər azalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top