Macarıstan Rusiya neftindən və qazından imtina etməyə hazırlaşır


Macarıstanın xarici işlər naziri Anita Orban ölkəsinin Rusiyadan qaz və neft idxalından imtina etməyə hazırlaşdığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, onun sözlərinə görə, Macarıstan Rusiya qazından imtina ilə bağlı Avropa İttifaqının müəyyən etdiyi müddətə əməl edəcək.
Orban əlavə edib ki, Macarıstan neft tədarükü üçün alternativ mənbələr axtarır:
“Buna səbəb ABŞ-nin Rusiyanın “Lukoyl” və “Rosneft” şirkətlərindən neft almağa imkan verən sanksiya istisnasının müvəqqəti müddətinin noyabrın 21-də başa çatmasıdır”.

DİGƏR XƏBƏRLƏR

Top