
Mingəçevirdə “Gələcəyini qoru – Narkomaniyaya yox de!” və digər zərərli vərdişlərə qarşı silsilə maarifləndirici tədbirlər keçirilir.
Yeniavaz.com xəbər verir ki, bu gün şəhərin 1 saylı tam orta ümumtəhsil məktəbində Mingəçevir Şəhər Polis Şöbəsinin təşəbbüsü ilə növbəti belə maarifləndirici tədbir təşkil olunub.
Əvvəlcə şagirdlərə Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Məktəbin direktoru Əliyar Yusifov, ŞPŞ rəisi Ədalət Əliyev və təhsil sektorunun müdiri Rüstəm Aslanov mövzu ilə bağlı çıxış ediblər.
Şagirdlərlə zərərli vərdişlərdən çəkinmək, siqaret və alkoqollu içkilərin zərərləri, erkən nikahın fəsadları, dini ekstremizmlə mübarizə, yol hərəkəti qaydalarına riayət etmək, narkotik maddələrin insan orqanizmində törətdiyi xəstəliklər və onlardan qorunmaq yolları haqqında geniş söhbətlər aparılıb.




Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz