
Fransa çempionu PSJ Çempionlar Liqasının tarixində 8 dəqiqə ərzində 4 qol vurmağı bacaran ilk komanda olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Stats Foot” məlumat yayıb.
Turnirin dördüncü turunda ispaniyalı Luis Enrikenin rəhbərlik etdiyi komanda İspaniyanın “Vilyarreal” klubunu 6:0 hesabı ilə məğlub edib və turnir cədvəlinə liderlik edir.
PSJ-nin sözügedən tarixi qollarını 9-cu dəqiqədə portuqaliyalı yarımmüdafiəçi Joau Neveş, 12-ci dəqiqədə fransalı cinah hücumçusu Dezire Due, 13-cü dəqiqədə fransalı yarımmüdafiəçi Seni Mayulu, 17-ci dəqiqədə isə ispaniyalı yarımmüdafiəçi Fabian Ruis vurub.
Qeyd edək ki, PSJ Çempionlar Liqasının sonuncu qalibidir.
Tətbiqimizi yükləyə bilərsiniz