Sükan arxasında yuxuladı, ana və körpəsini əzdi – Video


Noyabrın 3-də saat 09:38 radələrində Xocasən–Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində Cavid Ağayevin idarə etdiyi “Toyota” markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A. Abdullayevanı vurub.
Yeniavaz.com
BDYPİ-nin yaydığı məlumata istinadla xəbər verir ki, qəza nəticəsində A. Abdullayeva xəsarət alıb, körpənin vəziyyəti normaldır.
“Hadisədən sonra sürücü saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
İlkin araşdırma zamanı sürücü sükan arxasında yuxuya getdiyini və hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. O, həmçinin əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini qeyd edib”, - məlumatda deyilir.
Qeyd olunub ki, sükan arxasında dəfələrlə yuxuya getdiyini bilə-bilə yenidən avtomobil idarə etmək insanların həyatını birbaşa təhlükəyə atan bağışlanmaz məsuliyyətsizlikdir:
“Yuxulu halda sükan arxasına əyləşməmək də, yolda yuxusu gələndə təhlükəsiz yerdə dayanmaq da sürücünün öz əlindədir. Ancaq gözləri yumulduğu halda yoluna davam edən sürücü bir daha gözlərini açmaya, sağ qalsa belə, bir insanın ölümünə səbəb olan bu səhv qərara görə illərlə evindən və ailəsindən uzaqda gecələyə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top