
Əslən azərbaycanlı olan Rusiya vətəndaşı Turab Zeynalov Ermənistanın paytaxtı İrəvana səfər edib.
Yeniavaz.com xəbər verir ki, o, səfərdən kadrları və səfər barədə təəssüratlarını sosial media hesabında yayıb.
T. Zeynalov bildirib ki, sərhəddə onu təxminən 3 saat saxlayıb və Azərbaycanda sonuncu dəfə nə vaxt olduğuma dair sorğu-sual ediblər.
Onun sözlərinə görə, daha sonra onu problemsiz ölkəyə buraxıblar.
T. Zeynalov qeyd edib ki, İrəvana dostunun toy mərasimi üçün gedib.
Tətbiqimizi yükləyə bilərsiniz