
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Crystal İnşaat” ASC (VÖEN – 1603491051) olub.
Yeniavaz.com xəbər verir ki, “Crystal İnşaat” ASC Nazirliyin sifarişi əsasında Ağdam şəhərində İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisi işlərini həyata keçirəcək və qarşılığında 42 milyon 980 min 647 manat 13 qəpik alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 4 min manat olan “Crystal İnşaat” ASC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 11B/2 ünvanında yerləşir. ASC-nin qanuni təmsilçisi Məmmədov Elgün Qafil oğludur.
Onu da bildirək ki, hazırda “Crystal İnşaat” ASC-nin dövlət büdcəsinə 14 min 373 manat 81 qəpik vergi borcu var.
Açıqlanan məlumatlara görə, “Crystal İnşaat” ASC “Crystal Group of Companies” ASC-nin (VÖEN – 3102906891) tabeliyində fəaliyyət göstərir.
“Crystal Group of Companies” ASC-nin tabeliyində “Crystal İnşaat” ASC-dən başqa aşağıdakı şirkətlər də ter alır:
“Crystal Beton” QSC (VÖEN – 1301311521)
“Crystal Mebel İnteryer” MMC (VÖEN – 1308247551)
“Crystal Pen” QSC (VÖEN – 1302329631)
“Crystal Qum-Çınqıl” QSC (VÖEN – 1504318521)
“Crystal Nəqliyyat” QSC (VÖEN – 1301194531)
“Crystal FC” MMC (VÖEN – 1301277841)
“Crystal Şirkətlər Qrupu” MMC (VÖEN – 1504028811)
Məlumat üçün qeyd edək ki, “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyevdir. Pərviz Vəliyev 57 saylı Xaçmaz şəhər seçki dairəsindən millət vəkili seçilən Ağalar Vəliyevin oğludur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz