Tramp seçki nəticələrini qəbul etməyə və demokratlarla işləməyə hazır olduğunu bildirib


ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də ölkədə keçirilən aralıq seçkilərin nəticələrini qəbul etməyə və demokratlarla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “The New York Times” (NYT) qəzetinə müsahibəsi zamanı danışıb.
“Mən bu nəticələri birmənalı şəkildə qəbul etməyə hazıram”, – deyə o bildirib.
Tramp seçkilərdə respublikaçıların uğursuzluğunu onun adının seçki bülletenlərində yer almaması ilə əlaqələndirib. Bununla yanaşı, o, namizədlərə, o cümlədən Cənubi Karolinadan senator Lindsi Qremə və Texasın baş prokuroru Ken Pakstona dəstək verdiyinə görə peşman olmadığını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top