Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində 70 nəfər yıxılaraq əzilib və travma alıb. Bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. O bildirib ki, həmin şəxslərdən 60 nəfəri xəstəxanalara yerləşdirilib. Baş həkim qeyd edib ki, müraciətlər şəhərin müxtəlif hissələrindən daxil olub.Report