Həm Senatda, həm də Nümayəndələr Palatasında Trampın partiyası uduzur


ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, demokratlar Senatda ən azı 51 yer qazanaraq yuxarı palatada nəzarəti ələ keçirəcəklər.
Yeniavaz.com
xəbər verir ki, “Bloomberg” və “Associated Press” agentlikləri, eləcə də CNN telekanalı belə proqnozlarla çıxış ediblər.
Onların və digər media qurumlarının məlumatına görə, demokratların Senata namizədləri artıq Virciniya, Rod-Aylend, Nyu-Meksiko, Nyu-Cersi, Nyu-Hempşir, Massaçusets, İllinoys, Kanzas, Corciya, Delaver, Texas, Kolorado, Oreqon və Cənubi Karolina ştatlarında, eləcə də bir sıra digər ştatlarda qələbələrini təmin ediblər.
Respublikaçı namizədlər isə Florida, Vayominq, Qərbi Virciniya, Arkanzas və bir sıra digər ştatlarda Senata seçkilərdə qələbə qazanıblar.
Qeyd edək ki, ABŞ-də seçkilərin nəticələrini elan edən vahid federal qurum yoxdur. Bu funksiyanı əsasən ölkənin aparıcı media orqanları öz üzərinə götürür. Onların proqnozlarından sonra namizədlər adətən qələbələrini elan edir və ya məğlubiyyətlərini etiraf edirlər.
Senatın hazırkı tərkibindəki 100 yerdən 53-nə ABŞ Prezidenti Donald Trampın da mənsubu olduğu respublikaçılar, 47-nə isə demokratlar və onları dəstəkləyən müstəqil senatorlar nəzarət edirlər.
Aparıcı media qurumlarının proqnozlarına əsasən, demokratlar Nümayəndələr Palatasında da nəzarəti ələ keçirəcəklər.
Qeyd edək ki, ABŞ-də aralıq seçkilər keçirilir. Amerikalılar Senatın 100 üzvündən 35-ni və Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvünü seçirlər. Bundan başqa, 36 ştatda qubernator seçkiləri də keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top