Useyn Bolt karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Yamaykalı sprinter, 8 qat dünya çempionu Useyn Bolt 2017-ci il dünya çempionatından sonra çıxış etməyəcək. "Reuters"in verdiyi məlumata görə, 2018-ci ildə keçiriləcək Birlik Oyunlarının təşkilatçıları yamaykalı atletə də dəvət göndərib. Lakin 31 yaşlı idmançı mənfi cavab verib: "2018-ci ildə çıxış edə bilmək üçün əvvəlkilərdən də çox məşqə qatılmalıyam ki, qələbə şansı qazanım. Bu isə baş verməyəcək". Atletika üzrə builki dünya çempionatı 5 - 13 avqustda Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək.

Qeyd edək ki, yanvarın 25-də Beynəlxalq Olimpiya Komitəsi Useyn Boltu 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 4X100 metr məsafəyə estafet qaçışında qazandığı qızıl medaldan məhrum edib. Səbəb onunla birgə qaçan komanda yoldaşı Nesta Karterin dopinq-testinin təkrar analizi nəticəsində orqanizmindən istifadəsi qadağan olunmuş turinabol anabolik steroidinin tapılmasıdır. Nəticədə bütün yığmadan medallar alınıb. Bununla da Bolt 9 qat yox, 8 qat olimpiya çempionu sayılıb.Report

DİGƏR XƏBƏRLƏR

Top